"Yeganə oyundur ki, xal itirsək, məyus olardım" - Tərlan Əhmədov

"Yeganə oyundur ki, xal itirsək, məyus olardım" -  Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 9 Mart 2018 / 20:30 4292
-  A +

“Bəlkə də yeganə oyun idi ki, xal itirsək, məyus olardım. Tədricən irəliləyirik. Çətin yoldayıq. Bu gün məğlub da ola bilərdik, ancaq gözəl oyunla qalib gəldik. Futbolçularımı təbrik edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 19-cu turunda “Keşlə”yə qalib gəldikləri oyundan (3:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, qələbəni belə şərh edib: “Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq rəqibin qarşısını ala bilmədik. Bu, “Keşlə”nin üstünlüyüdür. Çalışacağıq ki, gələn oyunlarda belə hallar yaşanmasın”.

Daha çox


Son xəbərlər