"Bəziləri "Neftçi"yə yalnız pula görə gəlmişdilər"

"Bəziləri "Neftçi"yə yalnız pula görə gəlmişdilər"
ÖLKƏ FUTBOLU 9 Mart 2018 / 13:54 3686
-  A +

"Azərbaycana transfer pəncərəsinin son günündə getdim. Başqa seçimim yox idi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin sabiq qapıçısı Mihal Peskoviç deyib. Hazırda Polşanın "Krakoviya" klubunda çıxış edən 36 yaşlı qolkiper ölkəmizdəki karyerasını xatırlayıb:

"Hər səfərdən yaxşı hadisələri xatırlamağa çalışıram. "Neftçi"də qapıçılarla işləyən mçox yaxşı məşqçi var idi. Məni 5 gün yoxladılar. 45 dərəcə istidə ciddi sınaqdan keçməli idim. Bunu bacardım və məncə, pis alınmadı. Onlar hamını diqqətlə yoxlayırdılar. Çünki bəziləri "Neftçi"yə yalnız pula görə gəlmişdilər. Emil Mpenzanın 1 milyonluq müqaviləsinə görə klub hələ də məhkəmədə idi. Əlbəttə, mənim bu qədər pulum olmadı. Çünki neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Onlar da dedilər ki, bundan sonra komandada qalmağım alınmayacaq".

Qeyd edək ki, Peskoviç 2015-ci ildə "Neftçi"nin şərəfini qoruyub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki