"Neftçi"nin "Keşlə" ilə 54-cü dueli

"Neftçi"nin "Keşlə" ilə 54-cü dueli
PREMYER LİQA 6 Mart 2018 / 18:14 2166
-  A +

"Neftçi” Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Keşlə” ilə qarşılaşacaq.

Qol.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən yaydığı məlumata görə, bu, 2 komanda arasında 53-cü çempionat oyunu olacaq. Bu görüşlərdən 26-da qələbə qazanan "Neftçi" 13-də məğlub olub. 14 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədir – 80:54.

Bu mövsümün ilk hissəsindəki oyunların hər ikisində "ağ-qaralar" qalib gəlib. "İnter Arena”da Derlis Meza Kolli və Rəhman Hacıyevin qolları ilə 0:2 hesablı nəticə qeydə alınıb. "Bakcell Arena”dakı 3:1 hesablı qələbədə isə "Neftçi"nin heyətində Mirabdulla Abbasov, İqnasio Errera və Ruslan Abışov fərqlənib.

Qeyd edək ki, martın 9-da "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da start götürəcək.

 

Daha çox


Son xəbərlər