Topaz Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” matçını (1:2) izləyənlər arasında Nizami Hacıyevlə Rauf Əliyev də olub.
Qol.az-ın Qəbələyə ezam olunmuş müxbiri oyundan sonra N. Hacıyevlə söhbətləşib. Bir müddət öncə oyunların nəticəsinin manipulyasiyasına görə futboldan ömürlük kənarlaşdırılan Hacıyev həm sözügedən məsələdən danışıb, həm də Qəbələdəki oyuna gəlişinin səbəbini açıqlayıb.
- Artıq bir müddətdir ki, məlum məsələyə görə futboldan kənarda qalmısınız. Əvvəlcə bilmək istərdim, apellyasiya şikayəti verdiniz?
- Apellyasiya şikayəti vermişik. Amma hələ heç bir xəbər yoxdur, bir söz deməyiblər. AFFA rəhbərliyinə də məktub yazmışıq. Federasiyada çox yaxşı insanlar çalışırlar. Ümid edirik ki, bizim xeyirimizə qərar qəbul edəcəklər.
- Bir ara bağışlanacağınızla bağlı xəbərlər yayılmışdı. Belə bir şeyin ola biləcəyi nə dərəcədə real görünür?
- Bilirsiniz, bağışlamaq mərhəmət sahibi insanlara xas olan xüsusiyyətdir. Ümid edirəm ki, yaxın günlərdə hər şey bilinəcək. Biz kriminal iş görməmişik, yaxud da vətən xaini deyilik ki, bağışlanmayaq. Ölkəmizə xəyanət etməmişik. Ola bilər, nəsə xırda səhv olub. Varsa da, yaxın zamanlarda həllini tapar.
- Futbol üçün darıxırsınız?
- Təbii ki, darıxıram. İnanıram ki, tezliklə bizim xeyirimizə qərar qəbul olunar və yenidən futbola qayıdarıq.
- Rauf Əliyevlə birlikdə oyunu izlədiniz. Qəbələyə gəlişiniz sırf bu qarşılaşma ilə bağlıdır?
- Yox, Qəbələyə istirahət üçün gəlmişik. 2 gündür burdayıq. Qərara aldıq ki, gələk, oyuna baxaq. Çünki hər iki komandada tanış uşaqlar var. Mən özüm də “Qəbələ”də oynamışam. Elə-belə gəlib, baxdıq. Özümüz də kənarda oturmuşduq ki, sizin nişanınıza tuş gəlməyək. O da mümkün deyil. Hər yerdə junalistlər var (gülür).
Elnur Salahov
Qəbələ
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı