"Nə edim, hər oyunda qışqırım?" – Samir Əliyev

"Nə edim, hər oyunda qışqırım?" – Samir Əliyev
PREMYER LİQA 3 Mart 2018 / 17:29 3889
-  A +

"Komandada heç bir eyforiya yox idi. Ötən tur “Qəbələ” bizdən üstün oynamışdı. Sadəcə, bəxtimiz gətirdi, 2 qol vurub udduq. Bugünkü oyunda isə qalib gəlməyi “Kəpəz” daha çox istəyirdi. Rəqibi qələbə münasibətilə təbrik edirəm və onlara gələcək oyunlarda uğurlar arzulayıram. Biz isə öz üzərimizdə çox işləməliyik. Səhvlərimiz var".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 18-cı turunda səfərdə "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Səhv deyəndə nəyi nəzərdə tutursunuz?

- Söhbət futbolçuların taktiki səhvlərindən gedir.

- Buraxılan qollarla bağlı nə deyə bilərsiniz?

- Biri penaltidən, o biri isə uzaq məsafədən vuruldu. Düzdür, “Kəpəz” çox qol vəziyyəti yaratmadı, amma fakt odur ki, uddular. Biz də öz yolumuza davam edəcəyik. Yolumuz bəllidir. Bu oyunu analiz edib, unudub, qarşıdakı matçlara hazırlaşacağıq. Daha da yaxşı oynaya bilərik.

- Əvvəlki oyunlarda texniki zonada fəal idiniz. Amma bu gün sizdə də fərqlilik müşahid olundu. Oyuna çox müdaxil etmirdiniz...

- Sizinlə razıyam. Əvvəlki oyunlarda çılğın idim. Amma istəyirəm, çılğınlığımı yığışdırım ki, futbolçular meydanda öz oyunlarını oynasınlar.

- Amma bu gün 90 dəqiqə göstərdi ki, futbolçular öz bildiklərini edəndə uduzurlar...

- Nə etməliyəm? Hər oyunda mən qışqırım? İkinci qolu buraxandan sonra ruh düşkünlüyü oldu.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı