Rəşad Sadıqov: «Bu, çox səviyyəsiz söhbətdir»

Rəşad Sadıqov: «Bu, çox səviyyəsiz söhbətdir»
MÜSAHİBƏ 28 Aprel 2010 / 23:07 5583
-  A +

Qol.Az saytının suallarını Azərbaycan milli komandasının və «Qarabağ»ın üzvü Rəşad Sadıqov cavablandırır

- Rəşad, son zamanlar «Qarabağ» komandası heç də adına layiq oyun göstərə bilmir. Demək olar ki, «altılıq»da qələbə üzünə həsrət qalmısınız. Səncə komandanızın bu uğursuzluğunun səbəbi nədir?
- Ümumiyyətlə, «altılıq»dakı hər bir oyun olduqca ağır keçir. Hansısa komanda ardıcıl olaraq qələbə qazana və yaxud da uğurlu nəticələr əldə edə bilmir. Çempionatın ikinci pilləsində qararlaşan və bu həftə qarşılaşacağımız olan «İnter» komandası 7 oyundan bir qələbə qazanıb. Biz də həmçinin. Qələb qazanmaq çox çətindir. «Altılıq»da ən yaxşı nəticə göstərən komanda iki qələbə qazana bilib. Buna baxmayaraq, biz bəzi oyunlarda ən azından heç-heçə etsəydik, çox yaxşı olardı. Belə bir nəticələr əldə etsəydik indi çempionatdakı yerimiz daha fərqli olardı. Təəssüflər olsun ki, biz ən azından bir neçə çətin oyunda meydandan heç-heçə ilə belə ayrıla bilmədik. Bununla yanaşı, hələ şanslarımız var. Avrokuboklara qatılmaq üçün sona qədər mübarizə aparacağıq.
- Bu həftə «İnter»lə çətin oyun gözləyir. Bu matçdan qələbə ilə ayrılıb, uğursuzluğa son qoya biləcəksinizmi?
- «İnter» çox iddialı bir komandadır və çempionluğa oynayır. Oyuna çox ciddi hazırlaşırlar. Kubok matçında bir neçə oyunçularına istirahət veriblər. Biz də öz növbəmizdə bu oyuna köklənmişik. Çox gərgin bir matç olacaq. Hesab edirəm ki, azərkeşlər çox gözəl və maraqlı bir oyunun şahidi olacaq.
- Son uğursuz oyunlardan sonra azərkeşlər baş məşqçi Qurban Qurbanovu istefaya səsləyir. Bu barədə düşüncən necədir?
- Bu, azərkeş fikridir. Hər kəsin öz fikri, öz yanaşması var. Amma bu, bir o qədər də başa düşülən deyil. Əgər kollektivimiz başqa bir heyətdən ibarət olsaydı, bələkə də bunu başa düşmək olardı. Lakin bizim heyətimiz gənclərdən və əsasən yerli futbolçulardan ibarətdir. Yəni yeni və gənc komandayıq. Bundan ötrü Qurban müəllimi qınamağa dəyməz. Mən belə şeylərə o qədər də fikir vermirəm.
- Uzun zamandan bəridir ki, cərimə zərbəsindən qol vura bilmirsən. Bunu nə ilə izah edərdin? Psixi vəziyyətinlə bağlıdır, yoxsa digər səbəblərlə?
- Hər zaman cərimə zərbələrindən qol vurmaq olmur. Bir futbolçu üçün belə şeylər adi haldır. Yəni ardıcıl olaraq cərmə zərbəsindən qol vurmaq olmur. Mahir ustalar belə sezon ərzində ən çoxu 4-5 belə qol vura bilir. Çünki qapçılar artıq ayıq olur və belə zərbələri gözləyir. Təbii ki, bu hallar cərmə zərbəsindən qol vurmağa maneə olur.
- Transferinlə bağlı müxtəlif fikirlər səslənir. Bu barədə nə fikirdəsən?
- Bu barədə indidən bir söz söyləyə bilmərəm. Klubumda qalıb-qalmayacağımı gələcək göstərəcək.
- Rəşad, son zamanlar komandanızın bəzi üzvlərini vəhabi təriqətinə xidmət etməkdə ittiham edirlər. Bu məsələ bardə nə deyə bilərsən?
- Bu, köhnə səviyyəsiz söhbətlərdir. Belə məsələlərə zərrə qədər fikir vermirəm. Bu barədə yazılanları nə oxuyuram, nə də onlarla maraqlanıram. Belə bir shbət səviyyəsiz insanların ortaya atdıqları bir məsələdir. Bununla həmin insanlar öz səviyyələrini göstərirlər.

Daha çox


Son xəbərlər