"Keşlə"də işimə müdaxilə yoxdur" – Yuri Maksimov

"Keşlə"də işimə müdaxilə yoxdur" – Yuri Maksimov
MÜSAHİBƏ 3 Mart 2018 / 11:15 4045
-  A +

"Keşlə"nin baş məşqçisi Yuri Makimov Qol.az-a müsahibə verib. Ukraynalı mütəxəssis sonra vaxtlar mətbuatda özü haqda yayılan xəbərlərə aydınlıq gətirib.

- Komandanızın qış fasiləsindən sonra keçiridiyi 3 oyunda 1 heç-heçə, 1 qələbə və 1 məğlubiyyət qeydə alınıb. Qeyri-stabil çıxışın səbəbini nədə görürsünüz?

- Bilirsiniz ki, qış fasiləsində komandaya yeni futbolçular cəlb olundu, Bakıda və Antalyada toplanışlar keçirdik. Heyəti tam formalaşdırmaq üçün vaxtımız az oldu. Mən qeyri-stabil çıxışımızı bununla izah edərdim. 

-Yeni transferler sizin istəyinizlə olunub. Amma onlardan Nemanya Stoyanoviç və Pablo Podio hələ də debüt edə biləməyiblər. Maraqlıdır, niyə onlara şans vermirsiniz?

- Belə düşünürəm ki, oyun praktikası az olan futbolçulara çox məşq etmək lazımdır. Komandaya cəlb olunan yeni futbolçuların hazırlıq səviyyəsi müxtəlif idi. Ümumiyyətlə, futbolçunun hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün minimum 10 rəsmi oyun keçirməsi lazımdır ki, onun zəif və güclü tərəfləri barədə müəyyən qənaətə gələ biləsən.

- “Keşlə”də həqiqətən işinizə müdaxilə olunur?

- Xeyr, mənim işimə hər hansı bir müdaxilə yoxdur.

- Amma “Sumqayıt”la oyundan sonra 2 gənc futbolçunun klubun prezidenti Zaur Axundov tərəfindən icazəniz olmadan əvəzedici komandaya göndərilməsi ilə bağlı xəbərlər yayılmışdı. Hətta buna görə istefa verdiyiniz söylənilirdi...

- Gənc futbolçuların əvəzedici heyətə göndərilməsi praktikası yeni deyil. Olur ki, əsas heyətdən əvəzedici heyətə göndəririk, əvəzedici heyətdən də əsas komandaya cəlb edirik. Məsələn, Rafael Məhərrəmlini əvəzedici heyətə göndərmişik, eyni zamanda, əvəzedici heyətdən Sinan Akkoyunu cəlb etmişik. Əlibəy Məmmədli əsas komanda ilə məşq edir. Yəni, futbolçuların dəyişdirilməsi həyata keçirilir. Bu normaldır. Bu qərarı da məşqçilər heyəti qəbul edir.

- Ümumiyyətlə, “Sumqayıt”a məğlubiyyətdən sonra rəhbərliyin sizə hansısa iradları oldumu?

- Komanda məğlub olanda, təbii ki, rəhbərliklə müəyyən müzakirələr və fikir mübadiləsi aparılır. Bu da iş mühiti şəraitində olur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı