"Qarabağ"dan xal itkisi, "Kəpəz" qalib gəldi

"Qarabağ"dan xal itkisi, "Kəpəz" qalib gəldi
PREMYER LİQA 3 Mart 2018 / 20:24 14470
-  A +

Bu gün Topaz Premyer Liqada 18-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Turun ilk matçında autsayder "Kəpəz" Gəncədə debütant "Səbail"i qəbul edib. Yunis Hüseynovun komandası bu görüşdə qələbə qazanmaqla, uğursuzluq seriyasına son qoyub.

Lider "Qarabağ" isə səfərdə "Sumqayıt"ın qonağı olub. Ölkə kubokunun 1/4 finalında Ağdam təmsilçisini mübarizədən kənarlaşdıran, son vaxtlar uğurlu çıxış edən Samir Abasovun komandasının bu dəfə də Ağdam klubuna uduzmayıb. Matç 1:1 hesabı ilə başa çatıb.


Qeyd edək ki, turun digər iki görüşü sabah keçiriləcək.



3 mart (şənbə)

18:30. “Sumqayıt” – “Qarabağ” - 1:1
Qollar:
Amil Yunanov, 49 (1:0), Pedro Enrike, 75 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
“Kapital Bank Arena”

15:00. "Kəpəz" – "Səbail" - 2:1
Qollar:
Dario Frederiko, 23-penalti, Tərzin Cahangirov, 49 - Yevgeni Koçuk, 30
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Gəncə şəhər stadionu


4 mart (bazar)

15:30. “Qəbələ” – “Neftçi”
Hakimlər
: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
Qəbələ şəhər stadionu.

18:00. “Zirə” – “Keşlə”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu.

N Klublar O Q H M T-F X
1 Qarabağ 18 14 3 1 28-7 45
2 Qəbələ 17 11 2 4 31-17 35
3 Zirə 17 9 5 3 26-15 32
4 Sumqayıt 18 8 4 6 23-20 28
5 Neftçi 17 6 2 9 19-19 20
6 Səbail 18 5 2 11 11:26 17
7 Keşlə 17 4 2 11 12:27 12
8 Kəpəz 18 3 1 14 12:33 10


Bombardirlər

Baqali Dabo ("Qəbələ) - 11 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol

 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu