“Simurq”un baş məşqçisi Roman Pokoranın Qol.Az saytına müsahibəsi
- Roman Mixayloviç, komandanızın hazırlıq prosesi necə gedir?
- İlkin mərhələnin hazırlıqlarını davam etdiririk. Məşqlər öz qaydasında gedir və hər şey normaldır.
- Heyətdə yeni futboçular var?
- Yox, hamısı ilk dövrədə komandanın şərəfini qoruyan oyunçulardır.
- Gürcüstandakı hazırlıq zamanı düşərgəyə onların gəlişi gözlənilir?
- Bu haqda bir söz deyə bilmərəm.
- Hazırkı heyətdən kiminsə klubdan uzaqlaşdırılacağı gözlənilir?
- Heç kim uzaqlaşdırılmayacaq. Hazırda düşərgədə olan bütün futbolçular Gürcüstana aparılacaq.
- Ora nə vaxt yola düşürsünüz?
- Yanvarın 25-də. Fevralın 7-ə kimi bu ölkədə təlim-məşq toplanışında olacağıq. Beş yoxlama oyunu oynamağı planlaşdırmışıq. İlk oyunumuz “Vit-Corciya” klubu ilə olacaq. Ümumiyyətlə, qarşılaşacağımız bütün rəqiblər Gürcüstanın yüksək liqasını təmsil edəcək.
- Aleksandr Çertoqanovun “Simurq” keçəcəyinə dair söhbətlər səngimək bilmir. Bu məsələ nə yerdədir?
- Onun “Neftçi” ilə müqaviləsi var və Çertoqanov bu klubun oyunçusudur. Biz Çertoqanovu məmuniyyətlə heyətimizə qatardıq. Şəxsən mən də onu komandamda görmək istəyərdim. Amma Saşa üçün “Neftçi” böyük miqdarda kompensasiya tələb edir. Bizim isə Çertoqanova görə ödəməyə o qədər pulumuz yoxdur.
- Aleksandra görə sidən tələb olunan məbləği bilmək olar?
- Mən bunu bilmirəm.
- Komandanızın üzvü Tural Cəlilov həm də milli komandanın üzvüdür. Son vaxtlar isə millinin hazırlığı ilə klubların hazırlığı üst-üstə düşür ki, bu da narazılıq yaradır. Buna münasibətiniz maraqlı olardı.
- Biz heç vaxt milli komandanın üzvünə görə problem yaratmarıq. Əksinə, Turalın milli komandaya çağırılmasından çox şadıq. Şəxsən bir məşqçi kimi bu mənim özüm üçün də sevindiricidir ki, klubumun futbolçusu əsas millinin şərəfini qoruyur. Sizi əmin edirəm ki, bu məsələdə klub tərəfindən futbolçuya heç bir maneə yaradıla bilməz.
- Sonda ,necə fikirləşirsiniz, “İnter” “Birlik kubok”unu qazana biləcək?
- Hesab edirəm ki, qazana bilər. Çünki orada iştirak edən klubların hamısı zəif rəqiblərdir, demək olar əksəriyyəti ikinci heyətini Moskvaya göndərib. Bu mənada “İnter”in turnirin qalibi olmaq şansı xeyli yüksəkdir.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video