"Mənim üçün 5 xal böyük fərqdir " - Milan Duriç

"Mənim üçün 5 xal böyük fərqdir " -<b style="color:red"> Milan Duriç</b>
MÜSAHİBƏ 1 Mart 2018 / 12:50 2631
-  A +

"Zirə"nin yarımmüdafiəçisi Milan Duriç Qol.az saytına müsahibə verib. Komandasının qış fasiləsindən sonra qələbə qazana bilməməsinə toxunan serbiyalı futbolçu "Keşlə" ilə qarşıdakı oyundan da danışıb.

- "Zirə" qış fasiləsindən sonra keçirdiyi 3 oyunda cəmi 2 xal qazana bilib. Bunun səbəbini necə izah edərdiniz?

- Burda hansısa səbəb axtarmaq istəmirəm. Çünki bu futboldur. Futbolda hər şey mümkündür. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağıq.

- Topaz Premyer Liqanın 18-ci turunda "Keşlə"ni qəbul edəcəksiniz. Sizcə, həmin görüşdə qələbə həsrətinə son qoymaq mümkün olacaq?

- Bizim üçün çox vacib oyundur. "Keşlə"yə yeni baş məşqçi və futbolçular gəlib. Yuri Maksimov komandaya yeni sistem gətirib. Çətin oyun olacaq. Çünki "Keşlə" təcrübəli komandadır.

- Qış fasiləsində "Zirə" də heyətinə yeni futbolçular qatdı. Necə düşünürsünüz, gələn oyunçular gedənlərin boşluğunu doldurmağa qadirdirlər?

- Əlbəttə. Bizdə hər futbolçunu komandaya götürmürlər. Əgər bura gəliblərsə, deməli, layiqdirlər. Düşünürəm ki, vaxt keçdikcə kollektivə daha da uyğunlaşacaq və əsl güclərini ortaya qoyacaqlar.

- Əsas oyunçulardan Riçard Qadze və Sadio Tounkara "Keşlə"yə qarşı oynamayacaqlar. Bundan başqa, baş məşqçi Ayxan Abbasov da texniki zonada olmayacaq...

- Bəli, "Qəbələ" ilə oyunda baş verənlərdən sonra baş məşqçimiz, Sadio və Riçard cəzalandırıldılar. Təbii ki, bu, bizim üçün yaxşı vəziyyət deyil. Hazırkı durum baş məşqçini də çətin vəziyyətdə qoyur. Çünki 2 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Amma inanıram ki, çıxış yolu tapacaq.

- "Qəbələ" ilə oyundan söz düşmüşkən, orada baş verənlər uzun müddət müzakirə olundu...

- Mən bilmirəm. Çünki həmin vaxt ehtiyat oyunçular skamyasına doğru gedirdim. Nə baş verdiyini görmədim. Artıq bunlar keçmişdə qalıb. Həmin hadisəni unutmuşuq. Həmişə olduğu kimi, indi də komanda daxilində yüksək ab-hava var.

- Artıq "Sumqayıt"la aranızda cəmi 5 xallıq fərq var. Bu, sizi narahat etmir?

- Mən bu cür düşünmürəm. Çünki mənim üçün 5 xal böyük fərqdir. Düzdür, "Sumqayıt" yaxşı komandadır, baxımlı oyun göstərir. Lakin biz 3-cü pilləni əldən vermək fikrində deyilik.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
19.09.18  18:00

Millimiz məğlub oldu