"Qarabağ"ı "Şaxtyor"a oxşadıram" - Sergey Litovçenko

"Qarabağ"ı "Şaxtyor"a oxşadıram" - Sergey Litovçenko
MÜSAHİBƏ 26 Fevral 2018 / 11:55 4848
-  A +

"Kəpəz"in qapıçısı Sergey Litovçenko Topaz Premyer Liqanın 17-ci turunun "Qarabağ"la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ukraynalı qolkiper əvvəlcə səfərdə 0:1 hesabı ilə uduzduqları görüş haqda fikirlərini bölüşüb.

- Fasilədən sonra ilk xalınızı qazana bilərdiniz. Sizcə, buna nə mane oldu?

- Əlbəttə, bu oyundan xal götürmət istəyirdik. Özünüz də gördünüz ki, komanda şəklində müdafiə olunmağa çalışırdıq. Meydanda sonadək mübarizə apardıq. Amma son dəqiqələrdə konsentrasiyanı itirdik və qapımızdan top buraxdıq. 85 dəqiqə xeyli güc sərf etdik. Sona 5 dəqiqə qalmış isə rəqib istədiyi qolu vurdu. "Qarabağ" bizdən daha səviyyəli komanda olsa da, düşünürəm ki, "Kəpəz" layiqli mübarizəm apardı.

- Ardıcıl 3 oyundur ki, son dəqiqələrdə buraxdığınız qollarla məğlub olursunuz...

- Səbəbləri aydınlaşdırmaq üçün oyunun videoyazısına baxıb, analiz etmək, səhvlərimizi görmək lazımdır. Bəzi futbolçular bəzi epizodlarda sona qədər oynamırlar. Bu da bizə problem yaradır. Digər tərəfdən, hücumda istədiyimizi edə bilmirik. 3 oyunda 1 qol vura bilməmişik. Bəlkə də qol vursaq, hər şey daha asn olar. Sadəcə, irəlidə yaradıcı hücumlar qura bilmirik. Bəzən elə oyun olur ki, 1 epizod bütün matçın taleyini həll edir.

- Qol epizodunda rəqibin topu əllə qapıdan keçirdiyi söylənilir...

- Epizoda baxmamışıq. Paltardəyişmə otağında Yunis müəllim dedi ki, rəqib qolu əllə vurub. Artıq bunun bir mənası yoxdur. Çünki indi nə qədər danışsaq da, nəticə dəyişməyəcək. Oyun qurtarıb.

- "Kəpəz" oyununu yaxşılaşdırsa da, nəticələr ürəkaçan deyil...

- Çempionatın ilk yarısında komanda çoxlu xal itirib. Ardıcıl 3 oyunda uduzmaq futbolçularda psixoloji gərginlik yaradır. Belə vəziyyətdə oynamaq asan deyil. Bilirsiniz ki, komandamızda yeni futbolçular çoxdur. Məncə, hələ əsl gücümüzü göstərməmişik. Qarşıdakı oyunlarda daha layiqli mübarizə aparıb, vəziyyəti düzəldəcəyik.

- "Qarabağ"ı əvvəlki 2 rəqiblərinizlə necə müqayisə edərdiniz? Bu komanda sizi nə iləsə təəccübləndirə bildi?

- İlk dəfə idi, "Qarabağ"a qarşı oynadım. Çox yaxşı komandadır. Oyun üslubuna görə "Şaxtyor"a oxşadıram. Topa nəzarət etməyi sevirlər. Çox xoşuma gəldi. Kompletktləşmiş komandadır. Sürətli və dəqiq oynayırlar. Azərbaycanda bu səviyyədə bir komandanın olması xoş təsir bağışladı.

Daha çox


Son xəbərlər