Dabodan yubiley, Nəbiyevdən debüt

Dabodan yubiley, Nəbiyevdən debüt
PREMYER LİQA 26 Fevral 2018 / 01:24 3066
-  A +

Topaz Premyer Liqasının “Səbail”lə səfər qarşılaşması “Qəbələ” üçün bəzi statistik məqamlarla əlamətdar olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın yeganə qolunun müəllifi olan Baqali Dabo komandanın heyətində 50-ci rəsmi matçını keçirib.
Bu göstəricidə Vüqar Həsənova çatan hücumçu 50 və daha çox oyunda “qırmızı-qara” forma geyinən 42-ci futbolçu olub.

Bu yubileyi qolla qeyd edən Dabo “Qəbələ”nin tarixində ən çox fərqlənən 3-cü futbolçu ünvanına şərik çıxıb. 23 qol vuran komanda yoldaşı Filip Ozobiçə çatan Baqali yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır. Bu qollardan 18-ni Premyer Liqada vuran hücumçu çempionatda da 3-cü göstəriciyə malikdir. Dabo Mendidən 11, Dododan 5 top geri qalır.

“Bayıl Arena”dakı görüşün 82-ci dəqiqəsində meydana çıxan Yusif Nəbiyev əsas komandada debüt edib. “Qəbələ”nin ümumilikdə 228-ci, Premyer Liqada 208-ci oyunçusu olub.


Son xəbərlər