Derbidə “Beşiktaş” sevindi

Derbidə “Beşiktaş” sevindi
XƏBƏR 26 Fevral 2018 / 00:18 2891
-  A +

Türkiyə Superliqasının 23-cü turu çərçivəsində İstanbul derbisi oynanılıb.

Qol.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib.

Matça fəal başlayan “Fənərbaxça” erkən qolla hesabda önə keçib. Lakin ikinci hissədə üstünlüyü tam ələ qalan “Qara qartal” qələbə qazanmağı bacarıb.

“Beşiktaş” - “Fənərbaxça” 3:1
Qollar:
Fernandao, 8 (0:1), Vida, 49 (1:1), Kuarejma, 77 (2:1); 90+4 (3:1)

Qeyd edək ki, bu görüşdən sonra “Beşiktaş” və “Fənərbaxça”nın xalları bərabərləşib - 44. Lider “Qalatasaray” 47, “Başakşehir” isə 46 xala malikdir.

Son xəbərlər