"Deyirlər, qol epizodunda əllə oyun var idi" – Şəhriyar Rəhimov

"Deyirlər, qol epizodunda əllə oyun var idi" – Şəhriyar Rəhimov
GÜNDƏM 25 Fevral 2018 / 22:36 2864
-  A +

“Kəpəz”in kapitanı Şəhriyar Rəhimov Topaz Premyer Liqanın 17-ci turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- Bilirdik ki, belə olacaq. “Qarabağ”a qarşı nəinki “Kəpəz”, bütün komandalar müdafiədən oynayırlar. Bacardığımız qədər mübarizə apardıq. Düzdür, “Qarabağ”ın imkanları oldu. Amma elə təhlükəli epizodlar yarada bilmədilər. 85 dəqiqə təzyiqə dözdük. Son dəqiqələrdəki diqqətsizlik bizi 1 xaldan etdi. Müdafiədən hücuma keçə bilmirdik. Bunda “Qarabağ”ın ustalıq səviyyəsi də rol oynadı. Hazırda Azərbaycanda 1 nömrədilər. Əlimizdən gələni etdik.

- Qoldan sonra Dario Frederikoya nəsə dedin...

- Qol bütün komandanın səhvi idi. Bir futbolçunu günahlandırmaq düzgün olmaz. Həmin anda tez qərar verib, boş sahəni bağlamaq lazım idi. Ani diqqətsizlik qapımızda qolla nəticələndi.

- Hakimliklə bağlı nə deyə bilərsən?

- Düzdür, mən epizodu görmədim. Amma deyirlər, əllə oyun var idi. Fikir bildirmək üçün təkrara baxmaq lazımdır. Əgər doğrudan da əllə oyun varsa... Nə deyim? Hakim də insandır. Heç biri səhv etmək istəməz. Nəzərə almaq lazımdır ki, “Kəpəz” “Qarabağ”dan zəifdir. Belə vəziyyətlərdə daha diqqətli olmalıdırlar.

- Qış fasiləsində heyətin 80 faizi dəyişsə də, nəticələr dəyişmədi...

- 3 oyundur uduzuruq. Amma heç bir rəqibə asan təslim olmamışıq. Meydanda mübarizə aparmağa çalışırıq. Əlbəttə, nəticə hər şeyin göstəricisidir. İstərdim ki, yaxşı oynayıb uduzmaqdansa, pis oynayaq, xal qazanaq. Biz də bu vəziyyətdən çıxmaq istəyirik. Deməzdim ki, oyunumuz bərbaddır. Qarşıda oyunlar var. Əlimizə düşən imkanlardan istifadə edə bilsək, nəticəmiz daha yaxşı olar.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın