“Rəqibləri “Qarabağ”la oynamağa yox, onu dayandırmağa çıxır”

“Rəqibləri “Qarabağ”la oynamağa yox, onu dayandırmağa çıxır”
XƏBƏR 25 Fevral 2018 / 21:01 3508
-  A +

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 17-ci turunda doğma meydanda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
- Ötən oyunda olduğu kimi, bu dəfə də çətin qələbə qazandız...

- Həmişə olduğu kimi, bütün komandalar "Qarabağ”a qarşı ciddi hazırlaşırlar. Oyunlardan öncə məndə belə hiss yaranır ki, rəqib oynamağa yox, bizdən xal almağa çıxır. Bizi dayandırmaq məqsədilə meydana çıxırlar. Müdafiədə qapanırlar. Belə halda da bizə çətin olur. "Kəpəz”in də belə oynayacağını düşünürdük. Buna görə də xüsusi məşqlər keçirdik. Ev tapşırığını yerinə yetirdik və qalib gəldik.
 
- Ötən dəfə belə fikir səslənmişdi ki, futbolçular "Qarabağ”a qarşı daha istəkli oynayırlar. Nə üçün sizə qarşı belə oyun sərgilənir?

- Qurban Qurbanov həm yığmanın, həm də "Qarabağ”ın baş məşqçisidir. Çox futbolçu özünü yaxşı tərəfdən göstərir ki, milliyə dəvət alsın. Ona görə də hamı canla-başla "vuruşur”. Həm də "Qarabağ”a qarşı ciddi hazırlaşmasan, çox çətinlik çəkə bilərsən. Məncə, daha çox milliyə dəvət almaq üçün istəkli olurlar.
 
- "Qəbələ”nin "Səbail”ə uduzması qalib gəlmək istəyinizə nə qədər təsir etdi?

- Oyunu izləmişdik. Bizim üçün yaxşıdır. Çünki izləyicimiz büdrədi. Bu gün də çalışdıq ki, "Kəpəz”i məğlub edək və xal fərqini artıraq.
 
- Qış fasiləsindən sonra 2 qol vurmusuz və qapınızı toxunulmaz saxlamısız. Müdafiə xəttini hücumdan daha üstün saymaq olar?

- Bizdə belədir ki, hücumda hamı iştirak edir. Müdafiə olunanda isə komanda şəklinə edirik. Bizdə müdafiə o demək deyil ki, 4 futbolçu arxa xəttə nəzarət edir və qapıçı da çərçivəni qoruyur. Müdafiə bizdə Mahir Mədətovdan başlayır. Baş məşqçinin əsas tapşırığı belədir. Əsas arzumuz odur ki, qapımızda qol görməyək. Bunun üçün müdafiəçi olaraq çox çalışıram.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord