“Hakimlər diqqətli olmalıdır” - Yunis Hüseynov

“Hakimlər diqqətli olmalıdır” - Yunis Hüseynov
ÖLKƏ FUTBOLU 25 Fevral 2018 / 20:28 3572
-  A +

"Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 17-ci turunda səfərdə "Qarabağ”a uduzduqları (0:1) oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az-ın xəbərinə görə, Y.Hüseynov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- "Qarabağ”ı təbrik edirəm. Bu gün əks-hücumlara daha çox üstünlük verirdik. "Qarabağ” topla yaxşı oynayan komandadır. Əks-hücumlarda bir neçə fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Rəqib 86-cı dəqiqədə fərqləndi. Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq. Belə uduzmaq ağırdır. Yaxşı oyun sərgiləməsək də, uşaqlar bu gün döyüşdülər. Qol epizoduna təkrar baxmalıyam. "Keşlə” ilə oyunda qapımıza qolu ofsayddan vurdular. Məncə, bugünkü oyunda da buraxdığımız qolda ofsayd var idi. Bununla özümüzü sığortalamıram. Bir epizod oldu ki, İlyas Səfərzadə qapıçıyla təkbətək çıxanda hakim digər oyunçuya qarşı kobudluğa görə oyunu dayandırdı.
 
- Dedimarı oyuna buraxmağınıza səbəb nə idi?

- Samir Zərgərov zədələnmişdi. Həm də, o, mərkəzdə yaxşı oynayır. Ona Miçellə fərdi oynamağı tapşırmışdıq.
 
- Hakimlikdən danışdız. PFL buna görə sizə cəza verə bilər.
 
- Mən heç kimi mühakimə etmirəm. Sadəcə, daha diqqətli olmaq lazım olduğunu deyirəm.
 
- Bu gün mətbuat konfransına bir qədər gec gəldiz. Oyunçuları danlayırdız?

- Heç kimi danlamırdım. Sadəcə, son dəqiqələrdə qol buraxılanda istənilən məşqçi əsəbiləşər. Səhvlərimiz çoxdu. Ancaq uşaq səhvləri buraxırıq.
 
- Roman Hüseynov "Kəpəz”ə keçəndə hamı düşündü ki, burda şans qazanacaq...

- Heç kimdən geri qalmır. Sadəcə, öz vaxtını gözləməlidi.
 
- İlkin Sadıqov oyun zamanı yıxılaraq vaxt uzadırdı.

- Heç kimə vaxt uzatmağı tapşırmamışdım. O, fiziki cəhətdən güclü futbolçudu.
 
- İstədiyiniz "Kəpəz”i qura bilmisiz?

- Komanda qurmaq bir neçə ayın işi deyil. Mən söz vermişəm ki, son pillədən çıxacağıq. Komanda qurmaq üçün vaxt lazımdı. Hazırda komandamız pis deyil. Ancaq vaxt laızmdı.
 
- Şahin Diniyevin qoyub getdiyi komanda ilə öz komandanız arasında nə kimi fərqlər var?

- Mən öz komandamı heç kimin komandası ilə müqayisə etmək istəmirəm. Keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdı.
 
- Vinçesterin yoxluğunun səbəbi nə idi?

- Onun soyuqdəyməsi var. Buna görə şans qazanmadı.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı