Messidən daha iki rekord

Messidən daha iki rekord
XƏBƏR 25 Fevral 2018 / 10:21 4875
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekord müəyyənləşdirib.

Qol.az-ın “Opta Jose” statistika səhifəsinə istinadən yaydığı xəbərə görə, dünən “Jirono”yla matçda (6:1) dubl edən argentinalı futbolçu bununla da İspaniya çempionatında qol vurduğu komandaların sayını 36-ya çatdırıb.

Bunadək rekord “Real”ın sabiq hücumçusu Raul və “Atletik”in keçmiş futbolçusu Arits Adurisaya (35 komanda) məxsus idi.

Bundan başqa, Messi İspaniya çempionatında qol ötürmələrinin sayına görə də hamını qabaqlayıb. Dünənki görüşdə Luis Suaresə məhsuldar ötürmə edən argentinalı ümumilikdə İspaniya çempionatında verdiyi qol ötürmələrinin sayını 148-ə (407 oyunda) çatdırıb. “Real”ın sabiq futbolçusu Miçel Qonsalesi (404 oyun, 147 qol ötürməsi) qabaqlayan Messi bununla da son 40 ildə La Liqada ən yaxşı göstəriciyə imza atıb.


Son xəbərlər