"Saraqosa” da "Barselona”nı 5 ildə bir dəfə məğlub edir" - Samir Əliyev

"Saraqosa” da "Barselona”nı 5 ildə bir dəfə məğlub edir" -  Samir Əliyev
ÖLKƏ FUTBOLU 24 Fevral 2018 / 18:40 4417
-  A +

"Qəbələ” kimi komandaya qalib gəlmək gözəl hissdir. Qalib gəlsək də, səviyyə fərqi görünürdü. Hələ öz üzərimizdə çox çalışmalıyıq. Qarşıda bizi Gəncədə "Kəpəz”ə qarşı çətin oyun gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq".
 
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premuer Liqanın 17-ci turunda evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

- Komanda qış fasiləsindən sonra ciddi rəqiblərə qarşı yaxşı oyun sərgilədi...

- Biz çalışırıq ki, komanda oyundan-oyuna daha yaxşı çıxış etsin. Futbolçular da bunun üçün çalışırlar. Ola bilsin, bundan sonra "Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq. "Saraqosa” da "Barselona”nı 5 ildə bir dəfə məğlub edir. Səhvlərimiz var idi. Bunun üzərində çalışacağıq.
 
- Dediniz ki, komandanın səhvləri var idi. "Səbail"in yaxşı səviyyəyə çatması üçün nə qədər vaxt lazımdır?

- Bunun üçün əsas olan əlimdə yaxşı materialın olmasıdır. Elə oyunçu var ki, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə oyunçular var ki, məsələn, Fəhmin Muradbəyli "Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 oyunda 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir.

- Bəhs etdiyiniz səhv edən futbolçu növbəti oyunlarda şans qazanacaq?

- Təbii ki, yox.
 
- Bu, gürcü legioner Nikoloz Apakidzedir?

- Bəli. Meydanda mübarizə aparır, ancaq səhvləri var.

- Kərim Diniyev bu gün niyə oynamırdı?

- Onun zədəsi var, "Kəpəz”lə oyun üçün qoruyuruq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın