"Uduzduğumuza görə təəssüflənirəm. Bu məğlubiyyəti gözləmirdim. Qapımızda gözlənilməz qol gördük. Bu da uduzmağımıza səbəb oldu".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer liqanın 17-ci turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Məğlubiyyətdə komandanın rəqibi dəyərələndirməməsi nə dərəcədə rol oynadı?
- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol fürsətlərindən yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi oyunlardan daha çox qol fürsəti əldə etdik. Deməzdim ki, rəqibi düzgün dəyərləndirmədik. Buna görə futbolçularımı günahlandıra bilmərəm.
- Bəs Cavid Hüseynov və Qismət Alıyevin yoxluğu necə?
- Bunu demək olmaz. Bilmək olmaz onlar olsaydı nəticə necə olardı. Bunu ancaq həmin oyunçular çıxış etsə, bilmək mümkün idi. Həm də, kimsə oynamırsa, bu o demək deyil ki, komanda uduzmalıdır.
- Adətən hücumda Monroz-Dabo-Kone üçlüyünə şans verirsiz. Bu dəfə isə fərqli hücum xəttinə şans vermişdiz...
- Deməzdim ki, həmişə belə oynamışıq. Bundan əvvəlki iki oyunda da Konesiz çıxış etmişdik, ancaq qalib gəlmişdik.
- Sabah "Qarabağ” qalib gəlsə, xal fərqi 9-a çatacaq. Qarşıdakı 11 turda bu fərqi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?
- İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür. Xal fərqinin heç bir əhəmiyyəti yoxdur. "Qarabağ” çox güclü komandadır. Ancaq biz də təslim olmayacağıq. Sona kimi mübarizə aparacağıq.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı