Boksçumuz yarımfinalda

Boksçumuz yarımfinalda
XƏBƏR 24 Fevral 2018 / 11:29 1679
-  A +

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində 1/4 final mərhələsi başa çatıb.

Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, Azərbaycan millisinin idmançısı Məsud Yusifzadə 69-cu dəfə keçirilən yarışın yarımfinalına vəsiqə əldə edib.

52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/2 finala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz 1/2 finalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı