Poqba Fransanın ən yüksək maaş alan idmançısıdır

Poqba Fransanın ən yüksək maaş alan idmançısıdır
DÜNYA FUTBOLU 24 Fevral 2018 / 11:07 2850
-  A +

 “L’Equipe” nəşri Fransanın ən yüksək maaş alan idmançılarının siyahısını dərc edib.

Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba qərarlaşıb. Onun ötən il gəliri 22 milyon 200 min avro olub. Bununla da 25 yaşlı oyunçu siyahının əvvəlki lideri basketbolçu Toni Parkeri (19 milyon 700 min avro) qabaqlayıb.

Qeyd edək ki, siyahıda ilk “üçlüy”ü “Atletiko”nun futbolçusu Antuan Qrizmann (19.1 milyon avro) tamamlayır.


Son xəbərlər