Levandovski məşhur menecerlə anlaşdı – “Real”a keçir?

Levandovski məşhur menecerlə anlaşdı –  “Real”a keçir?
XƏBƏR 23 Fevral 2018 / 18:45 5089
-  A +

“Bavariya”nın hücumçusu Robert Levandovski meneceri Çezari Kuxarski ilə yollarını ayırıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı məlumata görə, həmvətəni ilə 10 illik əməkdaşlığa son qoyan polşalı forvard özünə yeni agent tapıb. 29 yaşlı futbolçu bundan sonra Pini Zahavi ilə işləyəcək.

Levandovskinin bir çox məşhur futbolçunun transferini həll edən israilli menecerlə əməkdaşlığa başlaması onun yayda “Real”a keçəcəyi iddialarını gücləndirib. Təcrübəli futbolçunun “kral klubu”nda Kərim Benzemanı əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, ingilis klubları, xüsusilə “Mançester Yunayted” və “Çelsi” ilə yaxşı münasibətləri olan Zahavi Neymarın “Barselona”dan PSJ-yə keçidində də yaxından iştirak etmişdi. Hətta o, bu transferdən 12 milyon avro faiz götürmüşdü.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı