Dario Srnanın dopinq cəzası açıqlandı

Dario Srnanın dopinq cəzası açıqlandı
XƏBƏR 23 Fevral 2018 / 12:41 2766
-  A +

Ukrayna Milli Antidopinq Mərkəzi ötən il qanında dopinq aşkarlalan “Şaxtyor”un kapitanı Dario Srna ilə bağlı yekun qərarı verib.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, xorvatiyalı müdafiəçi bu ilin avqust ayına qədər futboldan uzaqlaşdırılıb.

36 yaşlı futbolçu ötən ilin sentyabr ayından “Şaxtyor”un heyətində məşqləri dayandırıb. Onun cəzası avqustun 22-də bitəcək.

Qeyd edək ki, Xorvatiya millisinin sabiq üzvü  2003-cü ildən Donetsk klubunda çıxış edir.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı