Millimizin üzvü bu həftə debüt edə bilər

Millimizin üzvü bu həftə debüt edə bilər
XƏBƏR 23 Fevral 2018 / 12:31 2527
-  A +

Millimizin futbolçusu Eddi İsrafilov bu qış transfer olunduğu İspaniyanın "Alkorkon” klubunda debüt edə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə o, "AS" açıqlamasında bildirib. Eddi  fevralın 25-i "Qranada"ya qarşı maçtda oynaya biləcəyini vurğulayıb:

"Məşqçinin sərəncamındayam. O, məni meydana buraxa bilər. "Qranada” bir çox sürətli oyunçusu var. Darvin Maçis çox yaxşı formadadır.Xose Luis Oltra kimi baş məşqçiyə malikdir. Rəqibi yaxşı tanıyıram. Həftə ərzində intensiv hazırlıq keçmişik. Öz oyunumuzu sərgiləmək istəyirik. Yaxşı dinamikamız var, qələbə qazanmağa çalışacağıq".
 
E.İsrafilov yeni komandasında ona yaxşı münasibət göstərdiklərini söyləyib: "Burada əvvəllər birgə oynadığım dostlarım var. İnsanlar xoş təəssürat oyadırlar. Onlar mənə çox yaxşı münasibət göstərdilər".

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq