Azərbaycan millisi Moldovadan güclüdür" - Spiridon

Azərbaycan millisi Moldovadan güclüdür" - Spiridon
XƏBƏR 23 Fevral 2018 / 11:47 2342
-  A +

 “Əvvəlki iki oyunda yaxşı rəqiblərlə qarşılaşmışdıq. Onların hər ikisi – həm Cənubi Koreya, həm də Azərbaycan hazırda Moldovadan daha güclüdürlər. Amma biz rəqiblərə fikir vermirik. Öz oyunumuzu formalaşdırmalıyıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Moldova millisinin baş məşçisi Aleksandr Spiridon moldfootball.com-a müsahibəsində deyib.

O bildirib ki, futbolçuları millimizlə keçirdikləri yoxlama görüşündə (0:0) daha yaxşı oyun nümayiş etdiriblər: " Çox şeyi dəyişdirmək lazımdır. Futbolçular bunun üçün çalışırlar. Cənubi Koreya və Azərbaycanla matçda yığmanın oyununda dəyişikliklər görə bildiniz. Mən də bundan razı qaldım. Cənubi Koreya ilə matçla müqayisədə Azərbaycanla görüşdəə  daha yaxşı oynadıq. Həmin matçda 3-4 real qol imkanını əldən verdik. O şanslardan yararlana bilsəydik, uşaqlar indi psixoloji cəhətdən özlərini daha inamlı hiss edərdilər”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı