Avroliqa oyunu öncəsi faciə - polis öldü

Avroliqa oyunu öncəsi faciə - polis öldü
XƏBƏR 23 Fevral 2018 / 10:44 3373
-  A +

Avropa Liqasının 1/16 final mərhələsinin "Atletik" (Bilbao) - "Spartak" (Moskva) oyunundan əvvəl faciə baş verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  matçdan öncə iki klubun azarkeşləri arasında davası zamanı Arias Qarsiya adlı ispaniyalı polis dünyasını dəyişib. O, davaya müdaxilə etmək istəyən vaxt infarkt keçirib. A.Qarsiya xəstəxanaya çatdırılsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bilbao şəhərindəki "San Mames" stadionu ətrafında baş vermiş dava nəticəsində 3 rus olmaqla 5 nəfər saxlanılıb.

Əlavə edək ki, oyun "Spartak"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşsa da, ilk görüşdə 3:1 hesabı ilə qalib gələn "Atletik" mərhələ adlayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı