Ramos La Liqanın ən kobud oyunçusudur

Ramos La Liqanın ən kobud oyunçusudur
XƏBƏR 22 Fevral 2018 / 23:00 3480
-  A +

“Real”ın kapitanı Serxio Ramos antirekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, bu, İspaniya La Liqasının 16-cı turundan təxirə salınmış “Leqanes”lə oyunda baş verib.

32 yaşlı müdafiəçi bu görüşdə ölkə çempionatında 163-cü sarı vərəqəni alıb. Bununla da o, “Ximnastik”in futbolçusu Alberto Loponın antirekordunu (162) yeniləyib.

Qeyd edək ki, Ramos həmçinin, çempionatda ən çox qırmızı vərəqə alan futbolçudur (19 dəfə).

Son xəbərlər