“Qəbələ”də ciddi itkilər

“Qəbələ”də ciddi itkilər
ÖLKƏ FUTBOLU 22 Fevral 2018 / 13:43 2217
-  A +

“Qəbələ” Topaz Premyer Liqanın 17-ci turunun “Səbail”lə oyununa ciddi itkilərlə çıxacaq.

Qol.az-ın məlumatına görə, ötən tur “Zirə” ilə matçda baş verənlərə görə AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılan kapitan Cavid Hüseynov və Qismət Alıyev səfər görüşünü buraxacaqlar. Əvəzində isə zədəli futbolçular – Voislav Stankoviç və İlqar Qurbanov sıraya qayıdıblar. Onların “Səbail”ə qarşı forma geyinəcəkləri istisna olunmur.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” oyunu fevralın 24-ü, saat 16:00-da başlayacaq.

Daha çox


Son xəbərlər