“Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”

“Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
ÖLKƏ FUTBOLU 22 Fevral 2018 / 13:00 5842
-  A +

“Bu, maraqlı və sadə kitabdır. Mən orada çox hadisənin olmasını istəmədim. İstədim ki, insanlar mənim tərcümeyi-halım və tarixim haqda məlumat alsınlar”.

Qol.az-ın "Kick-off" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu deyib. Cənubi afrikalı futbolçu Sizvi Sitoul tərəfindən qələmə alınan və ötən ilin sonlarında işıq üzü görən kitabla bağlı təəssüratlarını açıqlayıb:

“Bu kitab vasitəsilə gəncləri onlara imkansız görünən şeylərə ilhamlandırmaq istəyirəm. Onlar özlərinə inanmalıdırlar”.

Kitabın müəllifi S. Sitoul isə bunları söyləyib: “Bu kitab onun həyatı, üzləşdiyi çətinliklər və vacib məqamlarda qəbul etdiyi qərarlardan bəhs edir. Dinonun “Kopenhagen”in qapısına vurduğu qolu xatırlayıram. O, bütün Bakını ayağa qaldırmışdı. İnsanlar bütün gecə qələbəni bayram etdilər”.

Qeyd edək ki, ış fasiləsində “Qarabağ”dan ayrılan Ndlovu Çinin “Xançjou Qrintaun” klubuna keçib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın