Avroliqada 1/8 finalçılar müəyyənləşidi

Avroliqada 1/8 finalçılar müəyyənləşidi
DÜNYA FUTBOLU 23 Fevral 2018 / 02:00 12610
-  A +

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, keçirilən 15 oyunla 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib.

"Arsenal" Londonda "Ostersun"u qəbul edib. Səfərdə keçirilən ilk görüşdə 3 cavabsız qolla qalib gələn "topçular" öz meydanında 1:2 hesabı ilə yenilsə də, mərhələ adlayıb.

"Milan" öz meydanında "Ludoqorets"i sınağa çəkib. Bolqarıstanda qeydə alınan 3:0 hesablı qələbəyə baxmayaraq, İtaliya təmsilçisini doğma divarlar arasında da 1:0 hesablı qələbə qazanmaqla 1/8 finala yüksəlib.

"Borussiya" İtaliyada "Atalanta"nın qonağı olub. Dortmundda keçirilən ilk görüşdə Almaniya klubu 3:2 hesablı qələbə qazanmışdı. "Atalanta" uzun müddət hesabda öndə olsa da, sona 7 dəqiqə qalmış buraxılan top "Borussiya"nı 1/8 finala daşıyıb.

Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqla gözlənilirdi. Danimarkada keçirilən ilk oyunda Madrid klubu 4:1 hesablı qələbə qazanmışdı. "Atletiko" cavab görüşündə də üstün tərəf olub - 1:0.

Qeyd edək ki, artıq 1/8 finalın ilk iştirakçısı "Srvena Zvezda"nı mübarizədən kənarlaşdıran Moskva MOİK-idir.



22 fevral

Avropa Liqası

1/16 finalın cavab oyunları

"Lokomotiv" (Moskva, Rusiya) - "Nitsa" (Fransa) 1:0
Qol:
Denisov, 30
İlk oyun - 3:2

"Sportinq" (Portuqaliya) - "Astana" (Qazaxıstan) 3:3
Qollar:
Dost, 3 (1:0), Tomasov, 37 (1:1), Fernandes, 53 (2:1); 63 (3:1). Tvumasi, 80 (3:2), Şomko, 90+4 (3:3)
İlk oyun - 3:1

"Latsio" (İtaliya) - "Styaua" (Rumıniya) 5:1
Qollar:
İmmobile, 7 (1:0), Bastos, 35 (2:0), İmmobile, 43 (3:0), Anderson, 51 (4:0), İmmobile, 71 (5:0), Qnohere, 82 (5:1)
İlk oyun - 0:1

"Viktoriya" (Plzen, Çexiya) - "Partizan" (Serbiya) 2:0
Qollar:
Kremençik, 67, Çermak, 90+4
İlk oyun - 1:1

"Vilyarreal" (İspaniya) - "Lion" (Fransa) 0:1
Qol:
Traore, 85
İlk oyun - 1:3

"Leyptsiq" (Almaniya) - "Napoli" (İtaliya) 0:2
Qollar:
Zielinski, 33, İnsinye, 86
İlk oyun - 3:1

"Zenit" (Rusiya) - "Seltik" (Şotlandiya) 3:0
Qollar:
İvanoviç, 6, Kuzyayev, 28, Kokorin, 61
İlk oyun - 0:1

"Dinamo" (Kiyev, Ukrayna) - AEK (Yunanıstan) 0:0
İlk oyun -
1:1

"Atletiko" (Madrid, İspaniya) - "Kopenhagen" (Danimarka) 1:0
Qol:
Qameiro, 7
İlk oyun - 4:1

"Braqa" (Portuqaliya) - "Marsel" (Fransa) 1:0
Qol:
Horta, 31
İlk oyun - 0:3

"Arsenal" (İngiltərə) - "Ostersun" (İsveç) 1:2
Qollar:
Aleş, 22 (0:1), Sema, 23 (0:2), Kolasinaç, 47 (1:2)
İlk oyun - 3:0

"Milan" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan) 1:0
Qol:
Borini, 21
İlk oyun - 3:0

"Zalsburq" (Avstriya) - "Real Sosyedad" (İspaniya) 2:1
Qollar:
Dabbur, 10 (1:0), Navas, 28 (1:1), Berişa, 74-pen (2:1)
İlk oyun - 2:2

"Atletik" (Bilbao, İspaniya) - "Spartak" (Moskva, Rusiya) 1:2
Qollar:
Adriano, 44 (0:1), Etxeita, 57 (1:1), Malgerajo, 85 (1:2)
İlk oyun - 3:1

"Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) 1:1
Qollar:
Toloi, 11 (1:0), Şmeltser, 83 (1:1)
İlk oyun - 2:3


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı