"İtaliya millisindən təklif alsam..." - Ranyeri

"İtaliya millisindən təklif alsam..." - Ranyeri
XƏBƏR 21 Fevral 2018 / 20:53 2668
-  A +

Fransanın “Nant” klubunun baş məşqçisi Klaudio Ranyeri İtaliya millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az-ın “Football İtalia” nəşrinə istinadən məlumatına görə, təcrübəli mütəxəssis ölkənin bir nömrəli yığmasında işləmək üçün federasiyadan təklif almadığını bildirib:

“İstənilən italiyalı mütəxəssis milli komandanı çalışdırmaq istəyər. “Nant”la daha 2 illik müqaviləm var. Mənə millidən heç bir təklif gəmədiyi üçün bu haqda heç nə demək istəmirəm. Ancaq belə bir şey olsa, klub prezidentinə müraciət edib,məni buraxmasını xahiş edərəm”.

Son xəbərlər