"Demək olar ki, het-trik etdim" - Villian

"Demək olar ki, het-trik etdim" - Villian
XƏBƏR 21 Fevral 2018 / 19:23 3906
-  A +

"Çətin görüş olsa da, çox yaxşı oynadıq. Meydanda planlaşdırdığımız hər şeyi etdik. “Barselona”nın topa nəzarət edəcəyini bilirdik. Ona görə də oyunu əks-hücumlarda qurmuşduq. Qələbə qazana bilərdik. Ancaq bacarmadıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə ev oyunundan sonra “Çelsi”nin yarımmüdafiəçisi Villian deyib. 1:1 hesablı heç-heçəni şərh edən braziliyalı futbolçu bütün suallara cavab matçında aydınlıq gələcəyini bildirib:

“Hələ heç nə bitməyib. Hər şey ikinci oyunda bilinəcək. Səfər matçında qalib gəlməliyik. “Barselona” topa çox sahib olsa da, elə də çox təhlükəli epizodlar yarada bilmədi. “Nou-Kamp”dakı görüş Londondakı oyundan fərqli olacaq. Ora qələbə istəyilə yollanmalıyıq”.

“Barselona” ilə oyunda 2 zərbəsi dirəkdən qayıdan və çox gözəl qolla yadda qalan Villian maraqlı fikir səsləndirib: “Bu, ən yaxşı oyunlarımdan biri idi. Demək olar ki, het-trik etdim. Bir az bəxtimiz gətirmədi. Amma öz oyunumuzla fəxr etməliyik. Çünki çox yaxşı təsir bağışladıq. “Barselona”ya qarşı mübarizə aparmaq asan deyil. İndi isə digər matçlar haqda fikirləşməliyik. 3 həftədən sonra cavab oyunu olacaq. Bu müddətdə Premyer Liqada çətin görüşlərimiz var. Əvvəlcə bu oyunları, sonra isə “Barselona” ilə cavab matçını fikirləşməliyik”.


Son xəbərlər