"Real" onu nələrin gözlədiyini bilmir" - Unai Emeri

"Real" onu nələrin gözlədiyini bilmir" - Unai Emeri
XƏBƏR 21 Fevral 2018 / 17:59 5692
-  A +

PSJ-nin baş məşqçisi Unai Emeri iddialı açıqlama verib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, komandasının ölkə çempionatında "Marsel"lə görüşdə və Çempionlar Liqasında "Real"la oyunda qələbə qazanacağına inandığını bildirib: "Bu mövsüm matçların əksəriyyətində sübut etdi ki, öz işimizin öhdəsindən gəlməyi bacarırıq. Xüsusilə, ev oyunlarında özümüzü daha güclü hiss edirik. "Real" və "Marsel" bilir ki, "Park de Prens"də oynamalı olacaqlar. Ammma əslində onları nələrin gözlədiyini bilmirlər. Biz bu iki vacib matça diqqətlə hazırlaşacağıq. Bu oyunlar PSJ-nin tarixi olacaq".

Qeyd edək ki, ölkə çempionatının PSJ - "Marsel" görüşü fevralın 26-cı keçiriləcək. PSJ - "Real" matçı isə martın 6-ı olacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın