Reynaldo Qazaxıstan klubu ilə müqavilə bağladı

Reynaldo Qazaxıstan klubu ilə müqavilə bağladı
XƏBƏR 21 Fevral 2018 / 17:31 3858
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın Qazaxıstanın "Aktobe" klubuna keçidi rəsmiləşib.

Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, baxışdan uğurla keçən braziliyalı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Sözləşmənin müddəti 2019-cu ilin dekabr ayına qədərdir.

Qeyd edək ki, 2013-16-cı illərdə Ağdam klubunda çıxış edən 28 yaşlı hücumçu ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı