Ronaldo bu gün oynamayacaq

Ronaldo bu gün oynamayacaq
XƏBƏR 21 Fevral 2018 / 14:54 4480
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya La Liqasının 16-cı turundan təxirə salınan "Leqanes"lə oyunu buraxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun adı sözügedən matç üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan K.Ronaldoya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, "Leqanes" - "Real" görüşü bu gün keçiriləcək.


Son xəbərlər