"Barselona"yla açıq futbol oynamaq düzgün deyil”- Konte

"Barselona"yla açıq futbol oynamaq düzgün deyil”- Konte
DÜNYA FUTBOLU 21 Fevral 2018 / 13:06 4216
-  A +

"Mükəmməl oyun nümayiş etdirməyə çox yaxın idik. Etdiyimiz tək səhvdən qapımızdan qol buraxdıq. Nəticə bizi məyus etdi".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

"Lionel Messi, Andres İnyesta və Suaresə qarşı səhv etsəniz, cəzasını çəkərsiniz. Həmişə rəqibə hörmət etmək lazımdır. "Barselona"yla açıq futbol oynamaq düzgün deyil. Burada ağıllı hərəkət etmək lazımdır. Biz yeni gənc komanda qurmağa çalışırıq" - deyə o bildirib.

O, növbəti mərhələyə keçməyin asan olmayacağını vurğulayıb: "Reallığa baxmalıyıq. "Barselona"dan danışırıq. Onlar möhtəşəm və güclü komandadırlar".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın