"Şansımız demək olar ki, qalmayıb"- Şenol Günəş

"Şansımız demək olar ki, qalmayıb"- Şenol Günəş
GÜNDƏM 21 Fevral 2018 / 11:07 4470
-  A +

"Bugünə qədər gözəl oyun nümayiş etdirərək bura gəldik. Ancaq bu gün layiq olduğumuz oyun olmadı. 10 nəfərlə qaldıqdan sonra matça nəzarəti itirdik. Mübarizə aparmağa çalışdıq, ancaq qol buraxdıqdan sonra rəqib daha rahat oynadı".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya 0:5 hesabı ilə uduzduqları ilk görüşdən sonra deyib.

"Rəqibimiz yaxşı komandadır.Nəticə necə olur olsun, ciddi oyun nümayiş etdirirlər. Azarkeşlərə daha gözəl futbol izlətdirmək istəyirdik, amma alınmadı. Belə bir komandaya qarşı daha diqqətli olmalı idik. Ən çox rəqibə öz meydanımızda oynamağa şans verməyimizə üzülürəm" - deyə o bildirib.

Türk mütəxəssislə hakimliklə bağlı danışmaq istəməyib: "Öz oyunumuz oynamaq istədik, amma gücümüz çatmadı. İlk hissədə Vaqner Lavın qol epizodu oldu. İkinci hissə barədə danışmaq istəmirəm, çünki oyununun taleyi həll olunmuşdu".

Ş.Günəş ÇL-də növbəti mərhələyə yüksəlmək şanslarının demək olar ki, qalmadığını söyləyib: "Bavariya" kimi komandaya qarşı 0:5 hesablı məğlubiyyətin əvəzini çıxmaq çox çətindir. Bundan sonra əsas diqqətimizi ölkə çempionatına yönəldəcəyik.

Daha çox


Son xəbərlər