Holland müdafiəçi “İnter”ə keçir

Holland müdafiəçi “İnter”ə keçir
XƏBƏR 21 Fevral 2018 / 01:22 2904
-  A +

Stefan de Vrey tezliklə “Latsio”nu tərk edə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, holland müdafiəçi “İnter”ə transfer olmağa yaxındır.

“İnter” artıq futbolçunun özü ilə razılıq əldə edib. De Vrey yeni klubu ilə 5 illik müqaviləyə imza atacaq və onun illik qazancı 4 milyon avro olacaq.

Qeyd edək ki, 26 yaşlı müdafiəçinin “Latsio” ilə müqaviləsi yayda bitəcək.


Son xəbərlər