Modriç və Marselo PSJ-yə qarşı oynayacaq?

Modriç və Marselo PSJ-yə qarşı oynayacaq?
XƏBƏR 20 Fevral 2018 / 18:00 3604
-  A +

"Real"ın zədəli futbolçuları Luka Modriç və Marselo tibbi müayinədən keçiblər.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,hər ki oyunçunun ayaq ombasında zədə aşkarlanıb. Onların bərpa müddəti barədə məlumat verilməyib.

Ancaq klubun baş məşqçisi Zinəddin Zidan deyib ki, Modriç və Marselo Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab görüşünə kimi hazır olacaqlar.

Qeyd edək ki, PSJ - "Real" matçı martın 6-ı keçiriləcək. Bu komandalar arasında ilk oyunda Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi