Azərbaycanda oynamış futbolçu təyinatından 3 gün sonra qovuldu

Azərbaycanda oynamış futbolçu təyinatından 3 gün sonra qovuldu
XƏBƏR 20 Fevral 2018 / 16:10 3597
-  A +

Belarus futbolunda maraqlı hadisə yaşanıb.

Qol.az-ın "sport.tut.by" saytına istinadən yaydığı xəbərə görə, "Molodeçno" klubunun baş məşqçisi Mixail Makovski təyinatından 4 gün sonra qovulub. Buna səbəb onun rəhbərliyin azarkeşlər və media nümayəndələri ilə təşkil etdiyi görüşə sərxoş vəziyyətdə gəlməsi olub. Tədbirdən dərhal sonra 41 yaşlı mütəxəssisi vəzifəsindən azad ediblər.

Onun yerinə isə qardaşı Vladimir Makovski təyin olunub. Lakin V.Makovski danışılmış oyunların təşkilində iştirak etdiyi üçün 2017-ci ilin oktyabrında azadlığı 2 il müddətinə məhdudlaşdırılıb və o, 5 il futbolla bağlı istənilən fəaliyyət hüququndan məhrum edilib. Bu faktla əlaqədar ictimaiyyətin etirazından sonra "Molodeçno"nun baş məşqçi vəzifəsi Valeri Vetrova tapşırılıb.

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illər mövsümlərində Bakı "İnter"ində (hazırkı "Keşlə") çıxış ediblər.


Son xəbərlər