"Keşlə"nin hücumçusu sağaldı

"Keşlə"nin hücumçusu sağaldı
XƏBƏR 20 Fevral 2018 / 12:00 1897
-  A +

Topaz Premyer Liqasının 16-cı turunda "Kəpəz" üzərində qələbədən sonra istirahətə buraxılan "Keşlə" bu gün məşqləri bərpa edəcək.

Klubdan Qol.az-a verilən məlumata görə, komanda "İnter Arena"da 17-ci turun "Sumqayıt"la oyununun hazırlıqlarına start verəcək. Qarşılaşma öncəsi qəsəbə təmsilçisinin heyətində cəzalı futbolçu yoxdur. Xəstələndiyi üçün Gəncədəki oyunu buraxan Pərdis Fərcad-Azad artıq sağalıb. O, bu gün kollektivlə birgə məşqə çıxacaq. Zədədən yeni qayıdan Aqşin Quluzadə isə hələlik bərpa prosesi keçir.

Qeyd edək ki, "Keşlə"nin məşqi saat 13:00-a nəzərdə tutulub.


Son xəbərlər