"Qarabağ"ın futbolçusu "Fənərbaxça"da

"Qarabağ"ın futbolçusu "Fənərbaxça"da
GÜNDƏM 20 Fevral 2018 / 10:06 8085
-  A +

U-19 millimizin üzvü Turan Vəlizadə futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Qol.az-ın “Fotomaç”a istinadən yaydığı xəbərə görə, 17 yaşlı yarımmüdafiəçi “Fənərbaxça”nın aşağı yaş qrupuna cəlb etdiyi 8 oyunçudan biri olub.

Onunla yanaşı, “Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyin, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də transfer edilib.

Qeyd edək ki, T.Vəlizadə "Qarabağ"ın U-19 komandasında oynayırdı.

Daha çox


Son xəbərlər