"Bavariya" - "Beşiktaş": hakim təyinatları açıqlandı

"Bavariya" - "Beşiktaş": hakim təyinatları açıqlandı
XƏBƏR 19 Fevral 2018 / 18:17 3674
-  A +

Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "Bavariya" - "Beşiktaş" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Rumıniya Futbol Federasiyasından Ovidiu Hateqan idarə edəcək. Ona Oktavian Şovre və Sebastian George köməklik edəcək. Dördüncü hakimlər İstvan Kovaks və Sebastian Koltesku olacaq.

Qeyd edək ki, "Bavariya" - "Beşiktaş" görüşü sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xatırladaq ki, sabah keçiriləcək "Çelsi" - "Barselona" oyununu türk hakim Cüneyt Çakır idarə edəcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı