İquain zədələndi

İquain zədələndi
XƏBƏR 19 Fevral 2018 / 17:53 2029
-  A +

"Yuventus" ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın əsas hücumçusu Qonsalo İquain zədələnib.

A Seriyasının son turunun "Torino" ilə oyununda (1:0) xəsarət alan argentinalı forvard 1 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, görüşün 15-ci dəqiqəsində zədələnən İquain Federiko Bernardeski ilə əvəzlənmişdi.


Son xəbərlər