Hazard söz-söhbətə son qoydu: "Məni hər şey qane edir"

Hazard söz-söhbətə son qoydu:  "Məni hər şey qane edir"
XƏBƏR 19 Fevral 2018 / 17:05 3069
-  A +

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, Britaniya mətbuatına danışan belçikalı futbolçu iddiaları təkzib edib.

Adı "Real" və PSJ ilə hallanan Hazard klubunu yalnız özü istədiyi vaxt dəyişəcəyini söyləyib:
"Hər il "Real" və PSJ-yə keçəcəyimlə bağlı xəbərlər yayılır. Klubumu yalnız özüm istədiyim vaxt dəyişəcəm. Hazırda isə "Çelsi"də məni hər şey qane edir. Müqavilə müddətinin başa çatmasına 2 il var. Azarkeşlər məni sevirlər. Londonda yaşamaq isə ailəmin xoşuna gəlir".

Qeyd edək ki, son vaxtlar Hazardın 100 milyon avro qarşılığında "Real"la keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı