"Qadzenin sözlərinə görə şokdayam" - Ruslan Qurbanov

"Qadzenin sözlərinə görə şokdayam" -  Ruslan Qurbanov
ÖLKƏ FUTBOLU 19 Fevral 2018 / 14:00 4148
-  A +

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov "Zirə"nin hücumçusu Riçard Qadzenin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli komandamızın üzvü Qol.az-a açıqlamasında qanalı futbolçunun dediklərini təkzib edib. Qurbanov meydanda rəqib komandadan heç bir futbolçuya qarşı irqçi sözlər söyləmədiyini deyib:

"Açıq-aydın hiss olunur ki, Qadze məni kiminləsə qarışdırır. Çünki oyun ərzində onunla nəinki mübahisə etmişəm, heç danışmamışam da. Mənə böhtan atmasın. "Quran"a əl basıb and içə bilərəm ki, nə ona, nə də Tounkaraya irqçi sözlər demişəm. Yenə deyirəm, ümumiyyətlə, onunla ünsiyyətdə belə olmamışam. Videoda hər şey görünür. Hadisə baş verəndə mən arxada dayanmışdım".

Qurbanov artıq bu barədə danışmaqdan  yorulduğunu bildirib: “Olmayan bir şeyə necə münasibət bildirim? Mən futbol oynamaq və hər oyunda qələbə qazanmaq istəyirəm. Qadzenin sözlərinə görə şokdayam. Allah hər şeyi görür. Mənim nəsə deməyim artıq olar".

Qeyd edək ki, Topaz Premyer Liqasının 16-cı turunun "Qəbələ" - "Zirə" matçından (2:1) sonra meydanda hər iki komandanın futbolçuları arasında dava düşüb. "Zirə"nin hücumçusu Riçard Qadze dünən Qol.az-a açıqlamasında bildirib ki, Ruslan Qurbanovun ona və komanda yoldaşı Sadio Tounkaraya qarşı irqçi ifadələr işlətməsi hadisənin baş verməsinə səbəb olub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki