9 futbolçu "qırmızı" aldı, oyun dayandırıldı

9 futbolçu "qırmızı" aldı, oyun dayandırıldı
XƏBƏR 19 Fevral 2018 / 13:44 5324
-  A +

Braziliya çempionatında keçirilən “Vitoria” - “Bahia” oyununda qalmaqal yaşanıb.

Qol.az-ın xəbərinə görə, matçın 50-ci dəqiqəsində qonaqların oyunçusu Vinisius Barbosa penaltidən hesabı açdıqdan sonra komandalar arasında qarşıdurma yaşanıb.

Görüşün baş hakimi baş verən davaya görə ev sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna qırmızı vərəqə göstərib. Daha sonra “Vitoria”nın daha 2 futbolçusu qırmızı vərəqə alıb və komanda meydanda 6 nəfər qalıblar.

Qaydalara əsasən, oyunun baş hakimi qarşılaşmanı yarımçıq dayandırıb.


Son xəbərlər