"Mançester Yunayted"də 4 zədəli - "Sevilya"ya qarşı oynamayacaqlar

"Mançester Yunayted"də 4 zədəli -  "Sevilya"ya qarşı oynamayacaqlar
XƏBƏR 19 Fevral 2018 / 12:58 3590
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsində "Sevilya" ilə qarşılaşacaq "Mançester Yunayted"də zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Luis Antoniyo Valensiya, Ander Herrera və Markus Reşford səfər matçına kimi sıraya qayıdacaqlar. Pol Poqbanın oynayıb-oynamayacağı sual altındadır. Markos Roxo, Fil Cons, Maruan Fellaini və Zlatan İbrahimoviçin isə meydana çıxmayacaqları dəqiqdir.

Qeyd edək ki, "Sevilya" - "Mançester Yunayted" oyunu fevralın 21-i keçiriləcək.

Son xəbərlər