Azərbaycan çempionatlarında ilk uqandalı

 Azərbaycan çempionatlarında ilk uqandalı
XƏBƏR 19 Fevral 2018 / 12:12 2950
-  A +

Topaz Premyer Liqasının XVI turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub.
 
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Səbail”in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb.

“Qarabağ”la (0:1) oyunun gedişində sonradan meydana çıxan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi. Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədir. Ötən tur bu siyahıya daha iki ölkə Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.

Qeyd edək ki, Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı