Balotelli 21-ci əsrin ən yaxşı bombardiri oldu

Balotelli 21-ci əsrin ən yaxşı bombardiri oldu
XƏBƏR 17 Fevral 2018 / 11:58 5027
-  A +

Mario Balotelli hazırda çıxış etdiyi “Nitsa” klubunun tarixinə düşüb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda Moskva “Lokomotiv”inin qapısından 2 top keçirən italiyalı hücumçu 21-ci əsrdə Fransa təmsilçisinin ən yaxşı bombardiri adını qazanıb. Qollarının sayını 38-ə çatdıran təcrübəli futbolçu Dario Çvitaniçi (36 qol) geridə qoyub.

Qeyd edək ki, “Nitsa” – “Lokomotiv” oyunu meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı